• 21 °C
|

RİNN, AZCON Holding və “Microsoft Ireland Operations Limited” arasında Anlaşma Memorandumu imzalanıb

25 Sentyabr 2026
img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və “Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

APA xəbər verir ki, memorandum rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, AZCON Holding-in icraçı direktoru Şahin Babayev və “Microsoft Ireland Operations Limited” şirkətinin region üzrə baş meneceri Qabriela Popesku tərəfindən imzalanıb.

Bu Memorandum tərəflər arasında potensial əməkdaşlıq imkanlarının araşdırılmasını şərtləndirir.

Memorandum gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir və konkret layihələrin şərtlərinin növbəti mərhələdə tərəflər arasında razılaşdırılmasını nəzərdə tutur.