• 16 °C
|

“Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında tərəfdaşlıq imkanları müzakirə edilib

21 Oktyabr 2025
img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib.

APA-Economics” xəbər verir ki, görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən nəqliyyat-logistika və telekommunikasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib.