• 18 °C
|

“T3 Fondu”nun sədri: “Texnofest Azərbaycan”dan sonrakı əməkdaşlıq digər dövlətlər üçün də yaxşı nümunə olub

4 May 2025

“Texnofest Azərbaycan”dan sonra minlərlə tələbə bu yarışlara müraciət edib və bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında münasibətlər üçün çox faydalı, digər dövlətlər üçün də yaxşı nümunə olub.

Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu Hıdır bildirib.

Onun sözlərinə görə, “T3 Fondu”nun layihələrindən biri Türkiyədə fəaliyyətə başlayan “Elm Mərkəzləri”dir:

“Hazırda Türkiyə daxilində 20-dən çox belə mərkəz var. Ölkənin hüdudlarından kənarda da bu cür mərkəzləri qurduq. Bunlar Azərbaycan, Şimali Kipr, Monteneqro və Qırğızıstandadır. Biz, xüsusilə qardaş ölkələrlə əməkdaşlığı genişləndirərək bu tip layihələri daha çox tanıtmaq istəyirik”.

K.Hıdır qeyd edib ki, bu mərkəzləri ziyarət edən tələbələr digər iştirakçıların layihələrini görüb, bu ekosistemin bir hissəsi olmaq istəyəcəklər:

“Nəticədə növbəti il onlar da öz layihələri ilə “Technofest” və digər beynəlxalq layihələrə qatılacaqlar. Bu təcrübəni Azərbaycanda gördük”.