08 May 2025
Türkiyədə Rusiyaya məxsus "Rutube" videohostinqi bloklanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (BTK) məlumat yayıb.
Bildirilir ki, qərar ölkədə qadağan edilmiş qumar oyunlarının platformada reklam olunması ilə bağlıdır.
"Rutube.ru saytına giriş BTK-nın 25 fevral 2025-ci il tarixli qərarı ilə bloklanıb", – deyə məlumatda qeyd edilir.