12 May 2026

Akif İslamzadə müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə APA-ya müğənninin özü məlumat verib.
"Dünən evə buraxılmışam, özümü yaxşı hiss edirəm", – Akif İslamzadə bildirib.
Qeyd edək ki, o, bir neçə gün öncə səhhətində yaranan problemlər səbəbilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.