• 7 °C
|

Aktyor Azər Baxşəliyev dəfn edilib – YENİLƏNİB-1

5 Yanvar 2025
img

Aktyor Azər Baxşəliyev Yasamal rayonunda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

APA xəbər verir ki, dəfn mərasimində mərhum aktyorun sənət dostları, müxtəlif teatr və kino aktyorları, rejissorlar və digərləri iştirak ediblər.

***

saat 11.09

Aktyor Azər Baxşəliyev vəfat edib.

Bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.

O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Yasamal rayonunda "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

***

saat 10.04

Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşaliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.

Bu barədə APA-ya Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova xəbər verib.

Bildrilib ki, poli orqan çatışmazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: "Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır".

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.