• 7 °C
|

Aktyor Azər Baxşəliyev vəfat edib – YENİLƏNİB

5 Yanvar 2025
img

Aktyor Azər Baxşəliyev vəfat edib.

Bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.

O bildirib ki, A.Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.

***

saat 10.04

Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşaliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.

Bu barədə APA-ya Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.

Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: "Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır".

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.