• 23 °C
|

Cəsarət Valehov: İncəsənət məktəblərində məzmunla bağlı islahatlara başlamaq istəyirik

1 İyul 2025
img

"Attestasiya imtahanından uğurla keçən müəllimlərin imkanlarından istifadə edərək növbəti mərhələdə incəsənət məktəblərində məzmunla bağlı islahatlara başlamaq istəyirik".

APA xəbər verir ki, xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.

"Azərbaycan incəsənət məktəbləri çox böyük dəyərdir. Dünyanın çox az ölkəsində dövlət tərəfindən maliyyələşdirilən incəsənət məktəbləri var. Müəllimlər təhsilin əsasıdır. Buna görə də müəllimlərin attestasiyasından başladıq", – deyə o nazir müşaviri qeyd edib.