• 12 °C
|

Dirijor Ramiz Məlik Aslanov Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

3 Dekabr 2025
img

Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb:

“Hörmətli cənab Prezident, İlham Heydər oğlu Əliyev!

Dərin minnətdarlıq hissi ilə Sizə bu məktubu yazıram!

Sizin dəstəyiniz sayəsində mən vaxtında peşəkar həkimlərə müraciət edə bildim və bu, mənim həyat hekayəmdə həqiqətən də dönüş nöqtəsi oldu!

Ömrünü dirijor pultu arxasında keçirmiş, son zamanlar isə sevdiyim işdən məcburi olaraq uzaq qalmış bir insan kimi, göstərdiyiniz diqqət mənim üçün misilsiz mənəvi dayaq oldu, prosesin uğurlu nəticəsinə ümid və güc mənbəyinə çevrildi.

Sizin tərəfinizdən göstərilən bu qayğı və diqqət – ölkəmizin hər bir vətəndaşının taleyi üçün nə qədər böyük əhəmiyyət daşıdığınızın parlaq nümunəsidir və bu, fərəh və qürur hissi doğurmaya bilməz!

Dərin hörmətlə, bütün işlərinizdə yeni uğurlar arzulayaraq,

Sizə və ailənizə can sağlığı və rifah diləyərək,

Ramiz Məlik Aslanov”