• 19 °C
|

İranın azərbaycanəsilli rejissorunun filmi beynəlxalq mükafata layiq görülüb

24 May 2025

İranın azərbaycanəsilli rejissoru Cəfər Pənahinin "Sadə təsadüf" filmi "Qızıl palma budağı" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, mükafatlandırma 78-ci Kann Film Festivalının bağlanış mərasimində baş tutub.

Film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir.

Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.

2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.