Xalq artisti, professor Arif Babayevin səhhəti stabilləşib.
Bu barədə APA-ya sənətkarın oğlu Yaşar Babayev məlumat verib.
O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbət doğru dəyişiklik müşahidə olunur.
“Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”, – deyə Yaşar Babayev qeyd edib.
Qeyd edək ki, xalq artisti bu gün axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
***
22:55
Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanayatəxliyə olunub.
Bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
APA-nın əldə etdiyi məlumata görə, xalq artistinin vəziyyəti ağırdır.