• 12 °C
|

Yaponiyanın məşhur serialının Azərbaycanda çəkilişləri başa çatıb

14 Noyabr 2025
img

Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda tamamlanıb.

Bu barədə APA-ya Bakı Media Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, avqustdan oktyabra qədər aparılan çəkilişlər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki və Quba da daxil olmaqla bir sıra bölgələrdə aparılıb.

Qeyd edək ki, birinci mövsümü Yaponiyada 60 milyondan artıq tamaşaçı tərəfindən izlənilən və hazırda Netflix-də yayımlanan “VIVANT”ın yeni mövsümünün 2026-cı ildə nümayişi planlaşdırılır.