18 Apr 2025
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə üzrə illik sərnişindaşımalarını 15 mln. nəfərə çatdırmağı planlaşdırır.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY sədrinin müavini Arif Ağayev bildirib.
“Bizim 2030 strategiyamızda ümumi ölkə üzrə daşımaları 15 milyon nəfərə çatdırmaq planlaşdırılır”, – Arif Ağayev bildirib.
Onun sözlərinə görə, ADY 2022-ci ildə 5,2 mln., 2023-cü ildə 7,1 mln., 2024-cü ildə 8,5 mln. sərnişin daşıyıb: “Sərnişindaşıma tempi illər üzrə göründüyü kimi artmaqda davam edir”.