
Son illərdə bir çox dövlət müəssisələri kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) də aktiv şəkildə modernləşmə və transformasiya mərhələsindən keçir. Bu dəyişikliklərin əsas istiqaməti rəqəmsallaşmadır. Xüsusilə son iki il ərzində bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edilib. Rəqəmsal təşəbbüslər ADY-nin xidmət keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Rəqəmsal inkişaf departamentinin müdir müavini Anar İmamverdiyev "APA-yEconomics”ə müsahibəsində rəqəmsallaşmanın həm beynəlxalq nəqliyyat dəhlizlərində, həm də şirkətin daxili idarəetmə proseslərində tətbiqi barədə danışıb.
– Biz yükdaşıma ilə bağlı bütün əsas proseslərin rəqəmsallaşdırılması istiqamətində genişmiqyaslı və kompleks işlər həyata keçirmişik. Hazırda bu istiqamətdə aparılan rəqəmsal transformasiyanın mühüm mərhələsi uğurla başa çatdırılıb. Bu dəyişikliklərin əsas məqsədi həm əməkdaşlarımız, həm də müştəri və tərəfdaşlarımız üçün şəffaflığı, operativliyi və rahatlığı əhəmiyyətli dərəcədə artırmaqdır.
Ən mühüm addımlardan biri rəqəmsal imzanın tətbiqi olub. Artıq ekspeditorlarımız iş yerlərindən birbaşa, uzaqdan, sürətli və təhlükəsiz şəkildə zəruri sənədləri imzalaya, müştərilər isə yüklərin qəbulunu şəxsən iştirak etmədən, məsafədən təsdiqləyə bilirlər. Bu, kağız üzərində sənəd dövriyyəsinə sərf olunan vaxtı xeyli azaldır və səhvlərin baş vermə riskini minimuma endirir.
Xidmət keyfiyyətini artırmaq məqsədilə hər bir stansiyada əmtəə üzrə kassir, çəki operatoru və stansiya rəisinin fəaliyyətinə dəyişikliklər edilir. Belə mütəxəssislər rəqəmsal imzalarını qoyacaq, elektron sənədlərin düzgün tərtibinə nəzarət edəcək və yüklərlə bağlı yaranan məsələlərin operativ həllinə cavabdeh olacaqlar. Bu isə logistika proseslərini və müştərilərlə qarşılıqlı əlaqəni təkmilləşdirəcək.
Bundan əlavə, biz bütün tərəfdaşlarımız üçün yüklərin çatdırılması üzrə onlayn monitorinq sisteminə çıxışın yaradılmasını və istifadəyə verilməsini planlaşdırırıq. Yeni sistemin istifadəyə verilməsi ilə hər bir müştəri və tərəfdaş öz yüklərinin olduğu məkanı real vaxt rejimində izləyə, marşrut üzrə hərəkət mərhələlərini görə və göndərişin statusu barədə vaxtında bildirişlər ala biləcək. Bu, etimad səviyyəsinin yüksəldilməsinə və istənilən dəyişikliklərə operativ reaksiya verilməsinə şərait yaradacaq. Belə bir sistem müasir logistika əməliyyatlarında beynəlxalq biznesin əsas tələblərindən biri sayılır.
Əlavə olaraq, klirinq proseslərinin rəqəmsallaşdırılmasını tamamlayırıq ki, bu da tərəfdaşlarla qarşılıqlı hesablaşmaları xeyli sürətləndirir və sadələşdirir. Əgər əvvəllər müştərilərə hesab-fakturaların təqdim olunması bir aya qədər (bəzi hallarda isə daha çox) davam edirdisə, indi bu proses maliyyə sistemlərinin avtomatlaşdırılması və inteqrasiyası sayəsində ən qısa müddətdə həyata keçirilir.
Əminik ki, yükdaşıma proseslərinin rəqəmsal transformasiyasının bütün mərhələlərinin tamamlanması xidmətlərimizin keyfiyyətini yeni bir mərhələyə yüksəldəcək, bizimlə qarşılıqlı əməkdaşlığı logistika zəncirinin bütün iştirakçıları üçün daha rahat və şəffaf edəcək.
– 2025-ci ildə ADY elektron xidmətlər portalını istifadəyə verib. Yeni platforma sayəsində istifadəçilər artıq xidmətlərə onlayn müraciət edə, sorğularının gedişatını izləyə və operativ cavablar ala bilirlər. Əvvəllər bu xidmətlər yalnız kağız sənədlərlə həyata keçirilirdi. Yeni sistem sayəsində fiziki və hüquqi şəxslər artıq xidmətlərdən yararlanmaq üçün ofislərə gəlməli və sənədləri kağız formatında təqdim etməli olmayacaqlar. Bütün proses 24/7 rejimində tamamilə onlayn şəkildə həyata keçiriləcək. Portal ADY-nin Rəqəmsal inkişaf departamentinin mütəxəssisləri tərəfindən şirkətin daxili resursları əsasında yaradılıb.
Qeyd etmək istərdik ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Elektron Hökumət Portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi – digital.login ilə uğurla inteqrasiya edilib. Bu yenilik sayəsində istifadəçilər portala ASAN sistemində saxlanılan məlumatlarından istifadə edərək daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil ola və qeydiyyatdan keçə bilirlər.
Portal xidmətlərindən yararlanmaq istəyən istifadəçilər mövcud identifikasiya vasitələri, eləcə də SİMA İmza, ASAN İmza və SİMA Token kimi rəqəmsal imza vasitəsilə elektron sənədləri imzalaya bilərlər. Bu da sənədlərin etibarlığını və təhlükəsizliyini təmin edir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin idarə olunması çərçivəsində ADY tərəfindən “Control Tower” adlı ixtisaslaşdırılmış İT platformasının yaradılması təşəbbüsü irəli sürülüb. Bu, logistika marşrutlarını real vaxt rejimində izləməyə və optimallaşdırmağa, əməliyyat məlumatlarını təhlil etməyə, eləcə də çatdırılma proseslərinin səmərəliliyini artırmaq və xərcləri azaltmaq məqsədilə operativ qərarlar qəbul etməyə imkan verəcək mərkəzləşdirilmiş idarəetmə sistemidir. Layihə çərçivəsində tərəfdaşlarımızla birgə izləmə və nəzarət (“Track and Trace”) modulunun tətbiqi nəzərdə tutulub ki, bu da dəhliz boyunca yükdaşımaların tam şəffaflığını təmin edəcək. Belə bir platformanın yaradılması ideyası məhz “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsusdur və şirkət artıq bu təşəbbüsü strateji tərəfdaşlarına rəsmi şəkildə təqdim edib. Gələcək sistemin maketi artıq şirkətin nümayəndə heyəti tərəfindən Çində təqdim olunub və müsbət rəy qazanıb. Sistemin ilk işlək versiyasının ilin sonunadək istifadəyə hazır olması gözlənilir.
Sistem Çin istiqamətindən həyata keçirilən konteyner daşımalarının izlənməsini təmin edəcək və tərəfdaşlarımıza zəruri məlumatlar, eləcə də statistik göstəriciləri təqdim edəcək. Bu məqsədlə Qazaxıstan və Gürcüstan dəmir yolları ilə sıx əməkdaşlıq münasibətləri qurmuşuq.
Daha sonra elektron sənədlərin daha müasir standartlarına keçidi gözləyirik. Bu, artıq yeni format, yeni doldurma qaydaları və Orta Dəhliz boyunca multimodal sənəd dövriyyəsinin vahid standartlara uyğunlaşdırılması deməkdir. Bu, yüklərin su, quru və hava nəqliyyatının istənilən növü ilə daşınmasına, eləcə də bu daşımaların transsərhəd legitimliyinin rəqəmsal formada təmin edilməsinə imkan verəcək vahid nəqliyyat sənədinin tətbiqini nəzərdə tutur.
Hazırda müəyyən inzibati və texniki çətinliklər mövcuddur, lakin belə bir keçid bizə sənədləri Azərbaycanın hüdudlarından kənarda da əldə etməyə və təbii ki, mövcud resurslardan daha səmərəli istifadə etməklə məlumat mübadiləsini effektiv şəkildə həyata keçirməyə imkan verəcək.
– Biz qəbul olunmuş İT strategiyası əsasında təsdiqlənmiş rəqəmsal transformasiya prosesini davam etdiririk. Hazırda sistem-əməliyyat və maliyyə konturlarının inkişafı istiqamətində iş aparılır. Kadrların idarəetmə sistemi artıq tamamlanıb və hazırda aktivlərin idarəetmə sistemi üzərində işləyirik.
Əsas diqqət əməliyyat fəaliyyətinin təhlükəsizliyini və səmərəliliyini artırmaq məqsədilə daxili proseslərin rəqəmsal transformasiyasına yönəlib. Xüsusilə yeni insidentlərin idarəetmə sisteminin tətbiqi fövqəladə situasiyalara operativ reaksiya verməyə imkan yaradır və onların hərəkət təhlükəsizliyinə təsirini minimuma endirir. Bizim strateji məqsədimiz bu sistemi mərhələli şəkildə inkişaf etdirməklə, mövcud çağırışlar və adaptasiya zərurətinə baxmayaraq, dəmir yolu əməliyyatlarında təhlükəsizlik və etibarlılığı əhəmiyyətli dərəcədə artıracaq dayanıqlı və effektiv insident idarəetmə mexanizmini formalaşdırmaqdır.
Biz “Rəqəmsal ADY” layihəsini daha da genişləndirərək onun funksionallığını artırmağı planlaşdırırıq. İlin sonunadək bu çərçivədə daha üç yeni xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.
– Son altı ay ərzində xidmət keyfiyyətinin artırılması və infrastrukturun inkişafına yönəlmiş bir sıra mühüm layihələri uğurla həyata keçirmişik.
Ən mühüm nailiyyətlərdən biri kimi, bir sıra stansiyalarda və regionlararası marşrutlarda internetə çıxış imkanının yaradılmasını qeyd etmək olar. Bu yenilik sərnişinlərə səfər zamanı internet bağlantısından istifadə etməyə şərait yaradır və onların rahatlığını əhəmiyyətli dərəcədə artırır. Belə bir imkan, xüsusilə səfər zamanı internetdən istifadə edən və onlayn fəaliyyətini davam etdirmək istəyən işgüzar insanlar və gənc sərnişinlər üçün çox vacibdir. Biz şəbəkənin keyfiyyətinə təsir edən mövcud məhdudiyyətlərin fərqindəyik, lakin hazırda bu məhdudiyyətləri tam şəkildə aradan qaldırmaq üçün texniki imkanlar məhduddur. Bu, ixtisaslaşmış GSM-R rabitə örtüyünün olmaması və əlaqənin mövcud GSM standartları əsasında təmin edilməsi ilə bağlıdır.
Bildiyiniz kimi, ölkə ərazisində qatar marşrutlarının yenilənməsi və genişləndirilməsi istiqamətində fəaliyyəti ardıcıl şəkildə davam etdiririk. Xüsusi diqqət yeni marşrutların açılmasına və mövcud istiqamətlərin bərpasına yönəlib ki, bu da nəqliyyat şəbəkəsinin inkişafına və regionlararası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Həmçinin ölkədaxili sərnişindaşıma xidmətlərinin inkişafına xüsusi diqqət yetiririk və həyata keçirilən tədbirlərin nəticələri artıq öz müsbət təsirini göstərir – sərnişin axını sabit şəkildə artır. Bu, əhalinin xidmətlərimizə olan etimadının və marağının artdığını göstərir.
Bundan əlavə, infrastrukturun inkişafı çərçivəsində Ağdamda yeni dəmir yolu stansiyası inşa edilib və artıq Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişindaşımalar həyata keçirilir. Bu, nəqliyyat şəbəkəsinin imkanlarını genişləndirməklə yanaşı, regionun iqtisadi inkişafına və yerli əhalinin nəqliyyat əlçatanlığının genişlənməsinə töhfə verən mühüm addımdır.
Şübhəsiz ki, göstərilən xidmətlərin keyfiyyətinin artırılması bütün əsas proseslərin rəqəmsallaşdırılması ilə birbaşa bağlıdır. Bu istiqamətdə növbəti mərhələdə Abşeron dairəvi dəmir yolu marşrutunun əsas stansiyalarında SİMA Pay sistemi vasitəsilə ödəniş imkanı olan turniketlərin istifadəyə verilməsi planlaşdırılır. Bu yeniliyin cari ilin sonunadək tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Elektron ödənişlərin tətbiqi sərnişinlər üçün səfərlərin rahatlığını artıracaq, turniketlərdən keçid prosesini sürətləndirəcək və daha müasir, komfortlu xidmətin göstərilməsini təmin edəcək.
– Doğrudan da son dövrdə dəmir yollarının rəqəmsallaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişik. Bütün yeniliklər iki əsas istiqamət üzrə həyata keçirilir: sərnişinlər üçün rahatlığın təmin edilməsi, yükdaşımaların səmərəliliyinin artırılması və şirkətin fəaliyyətinin optimallaşdırılması.
2023-cü ildə “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq sərnişinlərə biletləri tez və rahat şəkildə almaq, ödəniş etmək və qatarların hərəkət cədvəli barədə məlumat əldə etmək imkanı yaradır. Həmin ilin yayında Abşeron dairəvi marşrutunda elektron bilet satışı tətbiq edilib. Stansiyalarda sərnişinlərin gediş kartlarının balansını artırmaq və məlumat əldə etmək üçün elektron terminallar istifadəyə verilib.
Ölkədaxilisərnişinqatarlarınaminikzamanı yalnızfizikişəxsiyyətvəsiqəsinintəqdimedilməsinitələbedənqaydaləğvedilib. İndisərnişinlərşəxsiyyətvəsiqəsinihəmfizikiformada, həmdə my.gov.azportalı vasitəsilə QR–kodlatəqdimolunanelektronversiyadatəqdimedə bilirlər. Yaxıngələcəkdə turniketlərdə üztanımasistemiüzrə pilotlayihəninhəyatakeçirilməsiplanlaşdırılırki, budapiksaatlardasərnişinaxınınıntənzimlənməsinə və stansiyalardasıxlığınazalmasınaimkanverəcək.
ÖdənişsizWi–Fiartıqbirsırastansiyalarda— Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Ağstafavə digərlərində, həmçininölkədaxilimarşrutlarüzrə hərəkətedənqatarlardaistifadəyə verilib.
2024-cü ilinnoyabrayında“AzərbaycanDəmirYolları” QSC–ninistifadəçiyönümlü yenikorporativveb–saytı istifadəyə verilib. Buplatformasərnişinlərə və biznestərəfdaşlarınaxidmətlərə və layihələrə asanvə operativmüraciətimkanı verir.
Yükdaşımasahəsində müasiryükvə kommersiyasistemlərinintətbiqiistiqamətində işləraparılır. Bununlayanaşı, bizmövcud“ADYSmart” platformasındadamühümyenilikləredirik. Buyeniliklərmüqavilələrinbağlanması, yüklərinizlənməsivə sənədləşmə proseslərininrəqəmsalidarə olunmasını əhatə edir. Elektronsənəddövriyyəsivə konteynerlərinizlənməsisistemlərisayəsində logistikaproseslərinintamrəqəmsalnəzarətivə sənədləşdirilməsitəminolunur.
2024-cü ildə yüksahibləriüçün“vahidpəncərə” prinsipiəsasındafəaliyyətgöstərənonlayntarifkalkulyatoruistifadəyə verilib. Bütünproseslər–yüklərinqeydiyyatı, daşınması və izlənməsi– realvaxtrejimində həyatakeçirilir. Sistemçərçivəsində “rəqəmsalnaryad” funksiyası tətbiqolunubki, budaəməliyyatlarınicramüddətinibirneçə saatdantəxminən20 dəqiqəyədəkazaldıb. Platformapilotrejimdə CIM/SMGSvahidelektronqaimə sistemiilə inteqrasiyaolunubki, budabirneçə sənədivahidformayabirləşdirərəkgömrükprosedurlarını və informasiyaaxınını sürətləndirir.
Cariilin15 iyultarixindənetibarən“AzərbaycanDəmirYolları” QSCproseslərinrəqəmsallaşdırılması istiqamətində növbətitəşəbbüsü həyatakeçirib. Belə ki, Bakı və Gəncə vağzalları istisnaolmaqla, ölkədaxilimarşrutlarüzrə xidmətgöstərənvağzalvə stansiyalardakı kassalarınfəaliyyətimərhələlişəkildə dayandırılıb.Buqərarınəsasməqsədikağızdanistifadəninminimumaendirilməsi, ətrafmühitə mənfitəsirinazaldılması, əməliyyatsəmərəliliyininartırılması və biletlərinnövbəsiz, daharahatşəkildə alınmasını təminedəntəkmilləşdirilmiş veb–saytvə mobiltətbiqdənistifadəningenişləndirilməsidir. Ötənilölkədaxilimarşrutlarüzrə səyahətedənsərnişinlərin70%-ibiletlərionlaynqaydadaəldə edib. Builinilkyarısındaisə bugöstərici80%-ə yaxınlaşıb. “ADYMobile” tətbiqininistifadəçilərininsayı artıq300 minnəfərikeçib; sonaltı ayərzində təxminən90 ministifadəçitətbiqiyükləyərəkonungeniş funksiyalarındanyararlanıb.
Busisteməməkdaşlarıntexnikidəstəkxidmətinə müraciətprosesinisadələşdirir, sorğularaoperativcavabverilməsinə və onlarınizlənməsinə imkanyaradır. Bundanəlavə, “AzərbaycanDəmirYolları” QSC–nindaxilielektronsənəddövriyyəsisistemləriAzərbaycanın“rəqəmsalqovşaq” (digitalhub/ESD) platforması ilə taminteqrasiyaolunub. Buinteqrasiyasənədlərinrəqəmsalimzavasitəsilə hazırlanması, təsdiqlənməsivə göndərilməsiproseslərinisürətləndirib. Nəticədə sənəddövriyyəsinineffektivliyivə təhlükəsizliyixeylidərəcədə artıb, kağızüzərində aparılanəməliyyatlarınhəcmiisə minimumaendirilib.
Sərnişinməmnuniyyətininartırılması ilə yanaşı, rəqəmsallaşmahəmdə qlobaldəmiryoluşəbəkələriilə inteqrasiyanınsürətlənməsinə mühümtöhfə verir, ölkəninnəqliyyat–logistikapotensialınıngücləndirilməsivə AzərbaycanərazisindənkeçənŞərq–Qərbvə Şimal–Cənubbeynəlxalqnəqliyyatdəhlizləriüzrə yükdaşımalarınəməliyyatsəmərəliliyininartırılmasınaşəraityaradır.