• 30 °C
|

Azərbaycan ucqar ərazilərdə istilik nasoslarının tətbiqini nəzərdən keçirir

4 İyun 2025
img

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – ucqar yaşayış məntəqələrində istilik nasosları deyilən texnologiyanın tətbiqii istiqamətində eksperimentlər aparılır.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında – “İstilik təchizatı haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

"Bu tenxologiya hələ ki, yetkin deyil və baha başa gəlir. Avropa İttifaqında onun təbiqi ilə bağlı işlər əvvəl sürətlə aparılırdı, sonra bir az yavaşladılar. Bununla bağlı mütəxəssislər də azdır. Bu texnologiya fizika qanunlarına əks gedərək 300 %-lik efektivlik əmsalına sahibdir və çox qəribədir, kondisonerə bənzəyir. Bunun tətbiq edilməsi ilə gələcəkdə qaza ehtiyac olmuyacaq. Ancaq bizim Azəbaycanı test edilməmiş texnologiyalar parkına çevirmək niyyətimiz yoxdur. Bunu daha zəngin və daha böük imkanlara sahib olan ölkələr test etsin", – deyə o qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, çoxmənzilli binalarda mərkəzi istilik və mərkəzi su sistemi varsa, artıq mətbəxə qədər qazın çəkilməsi mənasızdır: "Mətbəxdə daha yaxşı, effektiv texnologiyalarla, sırf elektriklə isinən sobalardan istifadə edilə bilər. Bu o deməkdir ki, binanın daxili qaz şəbəkəsinə ehtiyac olmaya bilər. Ancaq demək istəyirəm ki, qanunda belə qəribə və xoş məqamlar ola bilər. Bu binada həm ümumi infrasruktur xərclərini azalda bilər, həm də təhlükəsizdir".