05 Fev 2025
2024-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 12milyard 508,3milyon ABŞ dolları dəyərində 5milyon 916min ton yük beynəlxalq yük daşımaları həyata keçirilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3,3% və 9% çoxdur.
Ötən il avtomobil nəqliyyatı ilə 10milyard 404,5milyonABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 3milyon 592,4min ton (5,7 % çox) yük idxal edilib, 2milyard 103,8milyon ABŞ dolları (15% çox) dəyərində 2milyon 323,6min ton (14,6% çox) yük ixrac olunub.