• 22 °C
|

Azərbaycanda yük və sərnişin daşımaları artıb – CƏDVƏL

15 May 2025
img

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3% və 5,7% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 mln. ton yük daşınıb.

Yük daşınmasının nəqliyyat növləri üzrə strukturu (faizlə):

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib.

Nəqliyyat sektorunda daşınmış yüklərin həcmi, min ton:

2025-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 659,6 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,3 faizi avtomobil nəqliyyatı, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.