• 23 °C
|

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib – CƏDVƏL

5 Fevral 2025
img

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 fevral tarixlərində əlavə qatar reysləri təyin edib.

ADY-dən "APA-Economics”ə verilən məlumata görə, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

Sərnişinlər hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilər.