• 24 °C
|

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

10 İyun 2025
img

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 14 və 16 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.

" APA-Economocs” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", – deyə məlumatda qeyd olunub.