21 Apr 2026

"Azərbaycan Dəmir Yolları" QSC (ADY)sərnişin tələbatını təmin etmək məqsədilə 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə "APA-Economics” “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan️ tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək.