• 25 °C
|

Bakıda 9 marşrut üzrə avtobusların hərəkəti ləngiyir

17 İyun 2025
img

Bakıda 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir.

Bu barədə "APA-Economics”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxtın Binəqədi şosesində təmir-tikinti işlərinin aparılmasıdır.