• 24 °C
|

Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI

24 İyun 2025
img

Bakının bir sıra yollarında tıxac yaranıb.

"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.