13 Yan 2026

Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM, Orta Dəhliz) Avrasiya, o cümlədən Avropa ölkələri ilə ticarət marşrutlarının şaxələndirilməsi üçün uzunmüddətli strateji alternativ kimi nəzərdən keçirir.
“Report”un Pekinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi əməkdaşı Kanq Je (Kang Jie) bildirib.