
Çin şirkətləri Qarabağ regionunun bərpasında iştirak etmək üçün əhəmiyyətli potensiala malikdir.
“Report”un Pekinə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi əməkdaşı Kanq Je (Kang Jie) bildirib.
"Şuşaya səfərim zamanı bərpa və yenidənqurma prosesinin gedişatı ilə tanış oldum. Proses yüksək templə aparılırdı. Xüsusilə ekoloji məsələlərə diqqət və ətraf mühitə qayğılı münasibət təsir etdi. Bölgədə artıq çoxlu su elektrik stansiyaları tikilib, günəş panelləri istifadə olunur. Bu, ciddi şəkildə dayanıqlı inkişafa yönəlməyin sübutudur", – K.Je qeyd edib.
Xəbər yenilənir