• 17 °C
|

Fon der Lyayen: “TBNM Avropanın Mərkəzi Asiya ilə birləşdirilməsində mühüm rol oynayır”

4 Aprel 2025
img

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Avropa və Mərkəzi Asiyanın birləşdirilməsi baxımından mühüm rol oynayır.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz yüklərin Avropaya çatdırılma müddətini iki dəfə – 15 günə qədər azaltmağa imkan verir.