• 19 °C
|

Metronun “Memar Əcəmi” stansiyasının daha bir keçidində təmirə başlanılır

6 Yanvar 2026
img

“Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir.

APA-Economics” xəbər verir ki, 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

Təmir işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.