• 24 °C
|

MM Azərbaycan və Mülki Aviasiya Təşkilatı arasında davamlı monitorinqə dair Memorandumu ratifikasiya edib

23 May 2025
img

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.