• 29 °C
|

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

2 Sentyabr 2026
img

Bakının Cəfər Cabbarlı küçəsində avtobus dayanacaq ərazisi uzadılıb.

"APA-Economics” bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bununla da, metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin edilib, sərnişinlər rahat minib-düşməni həyata keçirə bilirlər.

Həmin ərazidə mövcud olan taksi duracağının yeri dəyişdirilir. Ərazinin müəyyən edilməsi ilə bağlı təhlillər aparılır.