• 28 °C
|

Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

21 İyul 2026

Bakının Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) 22 iyul tarixindən etibarən təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, təmir işləri müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.