• 19 °C
|

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib

28 Oktyabr 2026
img

Qaradağ rayonunda Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində sel nəticəsində dağılmış körpünün əvəzinə yeni körpü inşa edilib.

"APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılar və güclü sel nəticəsində zədələnmiş yol infrastrukturunun bərpası çərçivəsində tikilən yeni körpü biraşırımlıdır.

Layihə çərçivəsində sıradan çıxmış körpü qurğusu yenisi ilə əvəz olunub, yolun həmin hissəsində nəqliyyat əlaqəsinin bərpası təmin edilib.

Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.