• 25 °C
|

Qeyri-iş günlərində ADY ilə 64 mindən çox sərnişin daşınıb

30 İyun 2025
img

Azərbaycan Dəmir Yolları (ADY)26-29 iyun qeyri-iş günlərində 64 656 sərnişin daşıyıb.

ADY-dən "APA-Economics”ə verilən məlumata görə, bu dövrdə Abşeron dairəvi dəmir yoluilə– 54 505 nəfər, Bakı-Qazax-Bakı marşrutuilə– 6 196 nəfər, Bakı-Qəbələ-Bakı marşrutuilə– 1 544 nəfər, Bakı-Balakən-Bakı marşrutu ilə isə – 2 411 nəfərdaşınıb.

Qeyd edilib ki, ADY 26-29 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.