
“Rəşt-Astara dəmiryolu layihəsinin tikintisi gələn ildən başlanılacaq”.
APA-nın İrana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.
Baş nazirin müavini bildirib ki, artıq dəmiryolunun altına düşən torpaqların alınması istiqamətində ciddi addımlar atılır: “Ümumi 162 km lazım olan torpaqların yarısı – 80 km alınıb. Gələn ilin mart ayına qədər torpaqların qalan hissəsi də alınacaq. Rusiya tərəfi geoloji axtarış işlərinə artıq başlayıb. Rusiya tərəfinin verdiyi məlumata görə, mərhələlərlə layihələndirməsi həyata keçiriləcək. Mümkündür ki, 2026-cı ildə artıq praktiki tikinti işlərinə başlanılsın. 2026-cı ildə başlanılsa və 3 il ərzində tikintisi başa çatsa, təxminən 2030-cu ilədək tam gücü ilə işləməyə imkan yaradacaq”.