• 24 °C
|

“SOCAR Fiber” və “TurkNet” Türkiyənin internet infrastrukturunu gücləndirməyə razılaşıb

3 İyul 2025
img

“SOCAR Turkiye Enerji”nin törəmə müəsisəsi olan “SOCAR Fiber” və “TurkNet” şirkəti Türkiyənin internet infrastrukturunu gücləndirmək məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıblar.

Bu barədə “Report” “SOCAR Turkiye Enerji”nin sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

"Layihə çərçivəsində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) qaz kəməri boyunca uzanan 1 850 km uzunluğundakı “SOCAR Fiber”in fiber-optik rabitə xətti “TurkNet”in magistral şəbəkəsinə inteqrasiya ediləcək”, – məlumatda bildirilib.

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Gürcüstandan Yunanıstana qədər uzanan bu fiber-optik rabitə xətti indi Bursa, Eskişehir, Ankara, Sivas, Ərzurum və Qars şəhərləri yaxınlığından da keçəcək və bu yaşayış məntəqələrindəki istifadəçilərə yüksək sürətli və sabit internet bağlantısı təmin edəcək.

“SOCAR Fiber” 2013-cü ildə IP trafikinə və yüksək sürətli internet bağlantısına artan tələbatı qarşılamaq üçün təsis edilib. Şirkət 20 şəhər və 67 rayonda xidmət göstərir.