• 13 °C
|

Yol tikintisi səbəbindən metronun “Dərnəgül” deposunun inşası gecikir

8 Aprel 2026
img

Bakı metrosunun “Dərnəgül” elektrik deposunun ərazisindən keçən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən inşa edilən avtomobil və piyada tunelinin tikinti işləri davam edir.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

M.Rzayev metronun “Dərnəgül” elektrik deposunun tikintisinin tamamlanmasını və qismən fəaliyyətə başlamasını həmin tikinti prosesinə görə gözləmə mərhələsində olduqlarını qeyd edib:

“Sözügedən tunelinin inşası tamamlandıqdan sonra deponun ikinci mrəhələsi üzrə tikinti quraşdırma işləri yekunlaşacaq və depo fəaliyyətə başlayacaq”.

“Aidiyyəti qurumlarla müzakirələr davam edir. Tarix barədə məlumat veriləcək”, – deyə o əlavə edib.