24 Okt 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agnetliyinin (ADSEA) sədri Zaur Mikayılovun vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Bu barədə "APA-Economics”ə ADSEA-dan bildirilib.
Məlumata görə, 24 oktyabrda Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi 31 oktyabra keçirilib.
Qeyd edək ki, vətəndaş qəbulu Göygöl rayonunda Göygöl və Daşkəsən rayonlarının sakinləri üçün nəzərdə tutulub.