• 11 °C
|

Azərbaycana yaz fəsli daxil olub

20 Mart 2026
img

Azərbaycana yaz fəsli daxil olub.

APAŞamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, bu il yaz fəsli Azərbaycana 20mart saat 18:46-dadaxil olub.

Yaz bərabərliyi günü Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə-gündüz bütün enliklərdə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimalda yaz, Cənubda isə payız fəsli başlayır.