
Azərbaycanda yaşıl texnologiyaların tətbiqi üçün yaxşı zəmin var.
Bu fikri APA-ya müsahibəsində II Bakı İqlim Fəaliyyəti Həftəsinin iştirakçısı Dünya İqlim Forumun direktoru Jens Nielsen bildirib.
Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin olduğunu qeyd edən Nielsen bu sahənin inkişafına töhfə verəcək alternativ enerji mənbələri sırasında günəs və külək enerjisini vurğulayıb.
Azərbaycanın aqrar sektorda zəngin təcrübəyə malik olduğunu vurğulayan iqlim eksperti bu sahənin yerli yaşıl iqtisadiyyatın lokomotivi ola biləcəyini qeyd edib.
O, bu sahələrin inkişafının son nəticədə çoxlu iş yerlərinin yaranmasına gətirəcəyini bildirib.
"İqlim dəyişikliyi iş yerləri baxımından çox böyük çağırış olmaqla yanaşı, həm də fürsətlərdir. Hazırda Braziliyada bir milyondan çox insan yaşıl iqtisadiyyatda çalışır", – o qeyd edib.