• 32 °C
|

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub

27 İyul 2025

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.

"Report" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda finalda Latviyaya (15:12) qalib gəlib.

Qeyd edək ki, 1/4 finalda Çini üstələyən yığma (18:12), yarımfinalda Rumıniya təmsilçisi “Rapid” (21:15) üzərində qələbə qazanıb. Komandamız qrup mərhələsində Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.