• 32 °C
|

Millinin baş məşqçisi: “Azərbaycan Basketbol Liqasında “Sabah” – “Neftçi” finalı görə bilərik”

21 Aprel 2025
img

Azərbaycan Basketbol Liqasında "Sabah" – "Neftçi" finalı görə bilərik.

Bunu "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis yarışın əsas favoritini də açıqlayıb:

"Sabah" çempionatda favoritdir. Bunu hamı bilir. Çox yaxşı baş məşqçiləri, oyunçuları var. Məncə, komanda qızıl medal uğrunda görüşlərdə "Neftçi" ilə üz-üzə gələ bilər. "Naxçıvan" və "Abşeron" kollektivəri də buna layiqdirlər. Parketdə özünü daha yaxşı göstərən komandalar qalib gələcəklər".

Qeyd edək ki, ötən mövsüm "Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.