• 23 °C
|

Sumqayıtda arvadını öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

29 Yanvar 2025
img

Yanvarın 29-da saat 5 radələrində Sumqayıt şəhərində yerləşən evlərin birində 1993-cü il təvəllüdlü Səbinə Abışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

07:18

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

1993-cü il təvəllüdlü Səbinə Seymur qızı Babışova qətlə yetirilib. Hadisəni törətməkdə qadının əri A.Babışov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.