• 30 °C
|

Sumqayıtda qadın qətlə yetirilib

29 Yanvar 2025
img

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

1993-cü il təvəllüdlü Səbinə Seymur qızı Babışova qətlə yetirilib. Hadisəni törətməkdə qadının əri A.Babışov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.