• 20 °C
|

Tovuzda işə düzəltmək adı altında vətəndaşları aldadan şəxs tutuldu

11 Fevral 2025
img

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edən, 31 yaşlı Valeh Əliyev saxlanılıb. 

Oxu.Az xəbər verir ki, o, 20-ə yaxın zərərçəkəni işə düzəltmək adı altında aldadaraq 30 min manatdan çox maddi vəsaiti ələ keçirib. 

Faktla bağlı cinayət işi başlanılıb, V.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.