
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə eniş davam edib.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,44% ucuzlaşaraq 77 824,66 ABŞ dollarına enib.
“Ethereum” 1,42% azalaraq 2 423,34 dollara, “XRP” 2,88% ucuzlaşaraq 1,35 dollara, “Solana” isə 2,97% geriləyərək 102,09 dollara düşüb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,97% azalaraq 2,61 trilyon dollar təşkil edib. “CoinMarketCap 20” indeksi də 0,93% geriləyərək 160,32 bəndə enib.
Eyni zamanda, son 24 saatda kriptovalyuta bazarında likvidasiyaların həcmi 559,5% artaraq 391,75 milyon dollara çatıb. “Fear & Greed” indeksi isə 73 bənd səviyyəsindədir.
Bazardakı enişə ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun inflyasiya ilə mübarizənin davam etdirilməli olduğuna dair açıqlamalarından sonra faiz artımı gözləntilərinin güclənməsi təsir göstərib. Hazırda bazarlar FED-in sentyabrda faiz dərəcəsini artırması ehtimalını 57% qiymətləndirir. Bunun fonunda ABŞ istiqrazlarının gəlirliliyinin yüksəlməsi riskli aktivlərə, o cümlədən kriptovalyutalara təzyiqi artırıb.