• 15 °C
|

ABB və “Azər-Türk Bank”-ın Müşahidə şuralarının tərkibinə dair tələb dəyişib

4 Oktyabr 2025
img

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Azər-Türk Bank” Açıq Səhmdar cəmiyyətlərinin Müşahidə şuralarının tərkibinə dair tələb dəyişib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

“Azərbaycan Beynəlxalq Bankı” fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirib.

Dəyişikliyə əsasən, sədr də daxil olmaqla 5 (beş) üzv tələbi ləğv olunur. Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası ilə bağlı da sədr də daxil olmaqla, 3 üzv tələbi ləğv olunub. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.