• 19 °C
|

AccessBank-dan pulsuz debet kart: “myCard White” ilə hər alış-veriş daha sərfəli!

23 Oktyabr 2025
img

Müştəri yönümlü xidmətləri ilə tanınan AccessBank gündəlik maliyyə əməliyyatlarını daha rahat və sərfəli etmək məqsədilə yeni debet kart – “myCard White”-ı təqdim edir.

Yeni kart tamamilə pulsuz təqdim olunur və istifadəçilərə aylıq 1000 manata qədər komissiyasız nağdlaşdırma imkanı yaradır. Bu da müştərilərin gündəlik maliyyə əməliyyatlarında əlavə xərclərdən azad olması deməkdir.

“myCard White” sahibini fərqləndirən əsas üstünlüklərdən biri — seçilən 3 fərqli xərcləmə kateqoriyası üzrə 5%-dək limitsiz keşbek (cashback) qazandırmasıdır. Müştərilər market, kafe və restoran, geyim, kinoteatr, aptek, gözəllik və SPA, əyləncə, idman və digər sahələr arasından öz xərcləmə vərdişlərinə uyğun kateqoriyaları seçərək, hər alış-verişdən real qazanc əldə edə bilirlər.

AccessBank-ın təqdim etdiyi “myCard White” məhsulu müştərilərə rahatlıq, şəffaflıq və səmərəlilik qazandırmaq məqsədilə hazırlanıb. Kartı əldə etmək üçün AccessBank filiallarına müraciət etmək və ya myAccess mobil tətbiqi üzərindən də onlayn sifariş vermək mümkündür.