• 28 °C
|

“AFB Bank”ın gəlirləri artıb

14 İyul 2026
img

Bu ilin birinci yarımilində “AFB Bank” ASC 237,09 min manat xalis mənfəət əldə edib.

"APA-Economics” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “AFB Bank”ın gəlirləri 91,7% artaraq 29,5 milyon manat, xərcləri 99,5% artaraq 28,6 milyon manat olub.

Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 536,9 milyon manat olub ki, bu da illik müqayisədə 72,2% çoxdur. Bankın kredit portfeli 94,4% artaraq 394,4 milyon manata çatıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 202,9 milyon manat olub.

Həmin dövrə “AFB Bank”ın öhdəlikləri isə 95,2 faiz artaraq 461,4 milyon manata çatıb.