• 21 °C
|

AMB: Bu il Azərbaycanda qeyri-neft sektoru 3%-dən çox artacaq

6 May 2026
img

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə ölkə iqtisadi artım proqnozunu 1,1%, 2027-ci ildə 3,2% proqnozlaşdırıb.

"APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında AMB-nin sədri Taleh Kazımov bildirib.

O əlavə edib ki, Mərkəzi Bank qeyri-neft sektoru üzrə artım proqnozunu 2026-cı ildə 3,2 %, 2027-ci ildə 4,7% müəyyən edib.