• 6 °C
|

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 2 milyard manatdan çox artıb

25 Dekabr 2025
img

2025-ci il dekabrayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 31 milyard 451.1milyon manat təşkil edib.

"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin noyabr ayının 1-i ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 8.2% və ya 2 milyard 384.3milyon manat artıb.

Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 635.2milyon manat, özəl banklar tərəfindən 22milyard 50.3milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765.5 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 29 milyard 685.5milyon manata bərabər olub ki, bunun da 15 milyard 804.8milyon manatı biznes kreditləri, 9 milyard 318.8milyon manatı istehlak kreditləri, 4 milyard 561.9milyon manatı isə ipoteka kreditləri olub.