• 13 °C
|

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 8%-dən çox artıb

27 Noyabr 2025
img

2025-ci il noyabrayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 31 milyard 169.4milyon manat təşkil edib.

"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 6.4% çoxdur.

2024-cü ilin noyabrayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 8.3% və ya 2 milyard 390 milyon manat artıb.

Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 561.5milyon manat, özəl banklar tərəfindən 21 milyard 842.4milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765.5 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 29 milyard 403.9milyon manata bərabər olub ki, bunun da 15 milyard 623.4milyon manatı biznes kreditləri, 9 milyard 232.4milyon manatı istehlak kreditləri, 4 milyard 548 milyon manatı isə ipoteka kreditləri olub.