• 18 °C
|

Azərbaycana xaricdən pul köçürmələri 34%-dən çox azalıb

2 Aprel 2025
img

2025-ciilin yanvar-fevralaylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 208.2milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 73.4milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevralaylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 34.5% və ya 109.7milyon manat, banklardan xaricə köçürmələr isə 16% və ya 14 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 317.9milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 87.4milyon manat təşkil edib.